Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ prezidenti Donald Trampla görüşdə baş verənlərdən təəssüfləndiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Zelenski bu barədə X-də paylaşım edib.
"Cümə günü Vaşinqtonda Ağ Evdə görüşümüz planlaşdırıldığı kimi getmədi. Bunun belə baş verməsi ayıbdır. Bunu düzəltməyin vaxtıdır" - o, X-də yazıb.
Zelenskinin sözlərinə görə, Ukrayna gələcək əməkdaşlıq və ünsiyyətin konstruktiv olmasını istərdi. Mineral ehtiyatlar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”, - o əlavə edib.