Nazirlik özəl tibb fəaliyyəti ilə məşğul olanlara müraciət etdi

14:32 - 4 Mart 2025 - ÖLKƏ İÇİ

Son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzların sui-istifadə halları, qeyri qanuni qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumatlar daxil olmaqdadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “ÇIXARIŞ” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir.

“ÇIXARIŞ” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)i hüquq mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir",- deyə məlumatda qeyd edilib.

Xəbər xətti