Rəşad Sadıqov əməliyyat olunub

18:00 - 9 Oktyabr 2024 - Xəbər

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.

"Report"un məlumatına görə, Türkiyədə əməliyyat olunan 42 yaşlı mütəxəssisin durumu yaxşıdır.

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının X turunda, oktyabrın 20-də "Sabah"la qarşılaşacaq.

Xəbər xətti