ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi 30 sentyabr - 2 oktyabr 2024-cü il tarixləri üçün günəş və geomaqnit aktivliyinin proqnozunu dərc edib.
Ucnoqta.az xəbər verir ki, sentyabrın 30-da günəş aktivliyi maqnit qasırğasına uyğun gələn K-indeksi 5 (qırmızı səviyyə) ilə gözlənilir. Bununla belə, artıq çərşənbə axşamı və çərşənbə günü, oktyabrın 1 və 2-də aktivlik K-indeksi 3-ə (yaşıl səviyyə) düşəcək - cüzi maqnit pozuntuları.