Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 12-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 3,36% azalaraq 70,99 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin noyabr ayında tədarük üçün fyuçersləri 3,3% itirərək bir barel üçün 67,39 dollara düşüb.