Beynəlxalq Futbol Federasiyasının (FİFA) Şurası oktyabrın 3-də İsrail milli komandasının və klublarının yarışlardan mümkün uzaqlaşdırılması məsələsinə baxacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin Futbol Assosiasiyasının (PFA) mətbuat xidməti məlumat yayıb.
Fevral ayında Yaxın Şərqdəki futbol federasiyaları FİFA-ya məktub göndərərək İsrail millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb etmişdi.
Bu çağırışı 12 federasiya, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ nümayəndələri dəstəkləyib.