Alimlər aşkar ediblər ki, çox istifadə edilən qida boyası siçan dərisini müvəqqəti olaraq şəffaf edir və daxili orqanların görünməsinə şərait yaradır.
Ucnoqta.az CNN-ə istinadən bildirir ki, Kaliforniyanın Stenford Universitetinin tədqiqatçıları canlı siçanların kəllə və qarınlarının dərisinə su və sarı qida boyası qarışığı ilə tartrazin tətbiq edərək onları şəffaf edib.
İngilis yazıçısı Herbert Corc Uellsin 1897-ci ildə yazdığı "Görünməz Adam" romanından uyğunlaşdırılmış 1933-cü ildə çəkilmiş fantastika filmində alimin özünə vurduğu zərdab ilə görünməz hala gəldiyini xatırladan kəşflə və film 2020-ci ildə eyni adla yenidən hazırlanmış, siçanların dərisinə su tətbiq edilərək, tartrazin adlı maddə qarışdırılaraq dərini müvəqqəti olaraq şəffaf hala gətirib.
Təcrübədə istifadə edilən işığı uducu boya molekulları toxumanın işığı əks etdirmə qabiliyyətini boğaraq işığın dəri vasitəsilə ötürülməsini artırır.
Dağılan duman buluduna bənzər, su ilə qarışdırılan boya toxumadakı zülalların və yağların işıq sındırma göstəricisini bərabərləşdirir və dərini şəffaf edir.
Tədqiqatçılar eksperimentdə saçları qırxılmış siçanların kəllə sümüyünə tətbiq olunan qarışığın köməyi ilə şəffaflaşan qan damarlarını dəri vasitəsilə birbaşa olaraq beyin səthində müşahidə ediblər.
Siçanların qarın nahiyəsində daxili orqanları və qidaları həzm traktından keçirən əzələ sıxılmaları müşahidə oluna bilərdi.
Stenford Universitetində doktorantura təhsili alan tədqiqatın aparıcı müəllifi Texas Universitetindən Dr. Zihao Ou bildirib ki, təcrübə sehrli fənd kimi görünsə də, bunun arxasında əsas fizika var.
"Biz sarı boyanı, ən çox işığı, xüsusən də mavi və ultrabənövşəyi işığı udan bir molekulu səpilmə mühiti olan dəri ilə birləşdirdik" – alim deyib.
"Ayrı yerlərdə bu iki maddə işığın böyük hissəsinin onlardan keçməsinə mane olur, lakin biz onları bir araya gətirəndə siçan dərisinin şəffaflığına nail ola bildik".
Dəriyə tam nüfuz etdikdə orqanların müəyyən müddət ərzində görünməsini təmin edən maddənin yuyulduqdan sonra əvvəlki vəziyyətinə qayıtdığı və prosesin subyektlərə heç bir zərəri olmadığı qeyd edilib.
Bildirilib ki, kəşf biotibbi araşdırmalarda inqilabi xarakter daşıyır və siçan dərisindən 10 qat daha qalın olan insan dərisi üzərində aparılan sınaqlarda müvəffəqiyyət əldə oluna bilsə, ondan tibbi və sağlamlıq sahəsində geniş istifadə oluna biləcəyi, həmçinin qan çəkərkən damarları daha görünən edir.
"Bu kəşf dəri xərçənginin erkən diaqnozuna kömək edə bilər, fotodinamik və fototermal terapiya kimi dərin toxuma müalicələrində işıq keçiriciliyini yaxşılaşdıra bilər və lazer əsaslı döymələrin silinməsini asanlaşdıra bilər" - tədqiqatın müəlliflərindən biri, Stanford Universitetindən Guosong Hong qeyd edib.