SSRİ yığma komandasının tərkibində sərbəst güləş üzrə üçqat olimpiya çempionu Aleksandr Medved 87 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Medved 1964, 1968, 1972-ci illərdə müxtəlif çəki dərəcələrində - müvafiq olaraq 97 kq-a qədər, 97 kq-dan yuxarı və 100 kq-dan yuxarı Olimpiadaların qalibi olub.