Britaniya alimləri müəyyən ediblər ki, insanın ölümündən sonra şüur üç dəqiqə yaşayır
Ucnoqta.az xəbər verir ki, Britaniyanın Sauthempton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanın şüuru ölümdən sonra da yaşayır. Düzdür, uzun müddət deyil.
Onların kəşfi əvvəllər mövcud olan postulatı təkzib etməyə imkan verib.
Əvvəllər hesab olunurdu ki, insanın zehni fəaliyyəti ürək dayandıqdan sonra 30 saniyə ərzində aktivdir.
Amma yeni araşdırmanın nəticələri insanın ölümündən sonra şüurunun üç dəqiqə aktiv olduğunu deməyə əsas verir.
Alimlər klinik ölümlə üzləşmiş 2000 respondentin məlumatlarını işlədikdən sonra bu qənaətə gəliblər. Sorğu iştirakçılarının 40%-i ürək əzələlərinin işləmədiyi bir dövrün xatirələrini bölüşüblər. Bu, insanın belə kritik anlarda belə şüurlu qaldığını göstərirdi.
Bu fenomen hələ də öyrənilməlidir. Ölümdən sonra zehni fəaliyyəti hansı mexanizmlərin dəstəklədiyi və şüurun tam olaraq necə işlədiyi sualına elm hələ cavab vermir.
Tədqiqatçıların həyatla ölüm arasında qalan xəstələrin hekayələrinin təhlili zamanı əldə etdikləri məlumatlar “ömür boyu xatirələr” fenomeninin öyrənilməsinin zəruriliyini göstərir.
Axı həyata qayıdan insanların “ölümü” kənardan izlədiklərini demələri də olur.