"Vətən Müharibəsi Qəhrəmanı" şəhidinin doğum günüdür
Ucnoqta.az xəbər verir ki, Nihad Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində doğulub.
Nihad Babayev Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlı qrupda çalışırdı. 2016-cı ildə Türkiyə Respublikasında hərbi ixtisaslaşdırma üzrə təhsil alıb və ölkədə 50 zabitin keçə bildiyi təlimi müvəffəqiyyətlə keçib. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi təyinatlı bölüyün komandiri vəzifəsində xidmət edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi alır. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə qədər yüksəlir.
Vətən Müharibəsi başlayanda hərbi komandanlığa müraciət edərək torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılması üçün xahiş edib. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub.
Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nihad Babayev "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.