Səhər ağız qoxusunun səbəbi nədir? Dişləri fırçalamaq …

06:15 - 30 Avqust 2024 - DİGƏR

Mütəxəssislər bildirirlər ki, ağızdakı bakteriya florası gecələr dəyişir, buna görə də bir çox insanlar səhərlər ağız qoxusunu hiss edirlər.

Ucnoqta.az xəbər verir ki, ağız qoxusunu aradan qaldırmaq üçün dişləri fırçalamağın kifayət etmədiyinə deyən dr. K. Əli Rəhimi bir şey yeyib, su içməklə tüpürcək ifrazını artırmaq lazım olduğunu bildirib.

Davamlı ağız qoxusu ilə qarşılaşsanız, bunun üst tənəffüs yollarında müxtəlif infeksiya və ya xəstəliklərin əlaməti ola bilər. 
Mütəxəssis bildirir ki, gecə dişləri fırçalanmasa, şəkərli bir şey yeyilsə və adam tıxanmış burun və ağzı açıq yatsa, ağız qoxusu yaranır. Onun sözlərinə görə, səhər yuxudan duranda qan şəkəri azalır və qanda qoxu yaradan elementlər daha çox olur. Bunlar ağciyərlərdən xaric edildikdə ağız qoxusuna səbəb olur. Ağız florası dəyişəndə yemək borusunun florası da dəyişir və beləliklə, hər kəs səhər yuxudan duranda ciddi şəkildə ağız qoxusunu hiss edir.

Qoxunu aradan qaldırmaq üçün bol su istehlak etməyə də diqqət yetirilməlidir. Əgər qoxu getməzsə və anormal vəziyyət müşahidə olunarsa, bu, yuxarı tənəffüs yollarında müxtəlif infeksiyaların və ya xəstəliklərin əlaməti ola bilər.

Xəbər xətti