Mehriban Əliyeva Sabir Zeynalovu təbrik edib

23:44 - 29 Avqust 2024 - Xəbər

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.

Ucnoqta.az paylaşımı təqdim edir:

“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

Xəbər xətti