Gündəlik həyatda mobil cihazların və ekrana əsaslanan qadcetlərin geniş tətbiqi ilə ekran qarşısında həddindən artıq vaxt keçirmənin sağlamlıq baxımından mümkün risklərindən xəbərdar olmaq vacibdir.
Ucnoqta.az xəbər verir ki, San-Fransisko Kaliforniya Universitetinin araşdırmasına görə, telefonla və ya televizora baxan hər əlavə saat ürəyin işemik xəstəliyi riskini 55%, insult riskini 58% və ümumi ürək-damar xəstəlikləri riskini 32% artırır.
Tibb elmləri doktoru, kardioloq Yuri Konev tədqiqat məlumatlarının düzgünlüyünə şübhə ilə yanaşdığını bildirib. O qeyd edib ki, əsas risklər qadcetlərin özündən istifadə ilə deyil, uzun müddət oturmaq və fiziki fəaliyyətin olmaması ilə bağlıdır.
Həkimin sözlərinə görə, cihazların özünün və onların radiasiyasının sağlamlığa təsiri kifayət qədər dərindən öyrənilməyib və verilən rəqəmlər şişirdilə bilər.
Konev ürək-damar xəstəlikləri riskini azaltmaq üçün sadə tövsiyələr də təklif etdi: müntəzəm idman, o cümlədən gündəlik gəzinti və balanslaşdırılmış pəhriz.