Maqnit qasırğalarının təhlükəli nəticələri

07:28 - 29 Avqust 2024 - Cəmiyyət

Avqustun 28-də güclü maqnit qasırğaları və günəş aktivliyinin artması səbəbindən bir çox insanlarda vəziyyətlərinin pisləşdiyini hiss edilib.

Ucnoqta.az xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, maqnit qasırğası huşunu itirməyə səbəb ola bilər.
Meteohəssas insanlar üçün bu, baş ağrısı və digər simptomların mənbəyi ola bilər. 

Həkimlər qeyd edirlər ki, belə günlərdə hava şəraitindən asılı olan insanlarda şiddətli baş ağrıları, başgicəllənmə və hətta huşunu itirmə müşahidə edilə bilər. Bu və bəzi digər simptomları minimuma endirmək üçün fiziki fəaliyyətdən, stressdən uzaq durmaq, bol su içmək tövsiyə olunur.

Xəbər xətti