“Miyopiya, uzaqları görmədə çətinlik çəkmə və gözlərini qıyma ilə xarakterizə olunan bir refraktiv qüsurdur və ümumiyyətlə gözün ön-arxa oxunun normaldan daha uzun olması ilə xarakterizə olunur”.
Ucnoqta.az xəbər verir ki, bu barədə mütəxəssis Dr. Hülya Deveci telefon, planşet və kompüter kimi rəqəmsal cihazlardan istifadənin miyopi (uzaqgörənlik) hallarını ciddi şəkildə artırdığına diqqət çəkib.
Deveci bildirib ki, valideynlər telefon və planşet kimi cihazların istifadəsinə qarşı tədbir görərək uşaqlarını miyopiyadan qoruya bilərlər.
Bir uşağın miyopi ola biləcəyini göstərən əlamətlər
Mütəxəssis bildirir ki, televizora yaxın oturmaq, baş ağrılarından və ya gözlərin yorğunluğundan şikayətlənmək, mütəmadi olaraq gözlərini ovuşdurmaq uşaqda miopiyanın ola biləcəyinə işarə kimi qəbul edilməlidir. Əgər bu əlamətlər əvvəllər diqqətdən kənarda qalmışdısa, məktəbdə yazı taxtasına daha yaxın oturmaq istəyi, uzaqda ikən taxtanın üzərində olanı görə bilməmək, gözlərini qıymaq və s kimi hallar miopiyanın əlaməti ola bilər.
Uşaqları miyopiyadan qorumağın ən yaxşı yolu yaxın işlərə, telefon və planşetlərdən istifadəni məhdudlaşdırmaqdır.
İşləyərkən istirahət üçün fasilələr vermək lazımdır (20-20-20 qayda). Bu qayda; Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut:6 metr məsafəyə baxmaqdan ibarətdir. Otaq işıqlandırmasını artırmaq və zəif işıqdan qaçınmaq lazımdır. Uşaqlar fast food dediyimiz qida növündən uzaq tutulmalıdır. Çünki karbohidratla zəngin qidalanma miyopiyanın inkişafına səbəb olan amillərdən biridir. Uşaqlar gün işığında açıq havada vaxt keçirməyə təşviq edilməlidir.