Sabirabadda 17 yaşlı oğlan qadını qətlə yetirib

16:49 - 26 Avqust 2024 - Cəmiyyət

Sabirabad rayonunda qadın qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Xəbər xətti