Nəsiman Yaqublu dəfn olundu

13:51 - 26 Avqust 2024 - Cəmiyyət

Ötən gün yol qəzasında həyatını itirən professor Nəsiman Yaqublu dəfn edilib. 

Ucnoqta.az xəbər verir ki, mərhum Zabrat qəbiristanlığında torpağa tapşırılıb. 

Mərasimdə professorun yaxınları, ziyalılar, rəsmi şəxslər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib. 

Xəbər xətti