Dalğıclar İtaliya sahillərində batan yaxtada beşinci sərnişinin cəsədini aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” Siciliya Mülki Müdafiə Xidmətinin baş direktoru Salvatore Koçinaya istinadən məlumat yayıb.
O, gün ərzində Palermo sahillərində 49 m dərinlikdə uzanan yaxtanın içərisində qalan 4 nəfərin cəsədinin su səthinə çıxarıldığını bildirib.
Avqustun 22-də axtarış əməliyyatları bərpa edildikdən sonra yelkənli gəminin içindən beşinci cəsəd çıxarılacaq.
Eyni zamanda, taleyi hələlik məlum olmayan sonuncu sərnişinin cəsədinin axtarışları davam etdiriləcək.
Britaniya mediası daha əvvəl itkin düşənlər siyahısında 6 nəfərin olduğunu bildirmişdi.