Metroda gərginlik aşağı düşdü - qatarlar gecikdi

10:07 - 21 Avqust 2024 - Xəbər

"Bakı Metropoliteni" QSC-nin elektrik xətlərində gərginlik qısamüddətli aşağı düşüb.

Ucnoqta.azbu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda metronun Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1-2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.

Xəbər xətti