"MC Donalds Azərbaycan" məhkəməyə verildi

17:14 - 20 Avqust 2024 - Cəmiyyət

“MC Donalds Azərbaycan” məhkəməyə verilib.

Lent.az xəbər verir ki, buna səbəb Qapalı Səhmdar Cəmiyyətində aşkarlanan inzibati xətadır. Belə ki, QSC-də gömrük qaydalarının pozulması halı ortaya çıxıb.

Nəticədə “Mc Donalds Azərbaycan” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə inzibati protokol tərtib olunub.

Qeyd edək ki, həmin maddə əsasında vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xəbər xətti