Tanınmış jurnalist VƏFAT ETDİ

10:29 - 20 Avqust 2024 - Xəbər

Jurnalist İlham Cəmiloğlu vəfat edib.

Bu barədə jurnalistin yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, İlham Cəmiloğlu ötən gün gecə saatlarında ürək tutmasından vəfat edib.

Uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu hərbi jurnalist olub. O, SSRİ dövründə Xankəndi radiosunun azərbaycanlı aparıcısı idi.

Xəbər xətti