Xəbər verdiyimiz kimi, artıq 11 gündür "Bakıkart" mobil tətbiqi və veb resursu işləmir.
Ucnoqta.az xəbər verir ki, "Bakıkart" saytında istifadəçilərə müraciət edilib.
Müraciətdə deyilir:
"Hörmətli İstifadəçilər,
Bakıkart mobil tətbiqi və veb saytında yaranan nasazlıqlara görə qarşılaşdığınız çətinliklərdən dolayı üzr istəyirik. Qeyd olunan nasazlıqları ən qısa zamanda aradan qaldırmağa çalışırıq.
Bu müddət ərzində alternativ ödəniş üsullarından istifadə edə bilərsiniz.
Anlayışınız və səbriniz üçün təşəkkür edirik.."