Bakə şəhərində yenə su təchizatı dayandırılıb
Ucnoqta.az xəbər verir ki, Oğuz - Qəbələ-Bakı xəttində yenidən təmir-bərpa işləri aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, təmir-bərpa işləri nəticəsində Yasamal, Abşeron ,Səbail, Nəsimi, Xətai, Binəqədi, Nərimanov ,Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında su təchizatında fasilələr yaranıb.
Xatərladaq ki, ötən həftə Oğuz - Qəbələ-Bakı xəttində təmir işləri ilə əlaqədar 1 həftə Bakının su təchizatında fasilələlər yaranmışdı. Ötən gün təmir-bərpa işlərinin bitdiyi bildirilirdi.