"Ford" 85 min avtomobilini geri çağırır

15:32 - 16 Avqust 2024 - AVTO

 Amerikanın avtomobil istehsalçısı "Ford" ABŞ-da mühərrikin yanması riski səbəbindən təxminən 85 min "Explorer" yolsuzluq avtomobilini geri çağırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Amerikanın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu avtomobillərdə mühərrik nasazlığı zamanı mühərrik yağının və yanacağın yanğın mənbəyinə çevrilə biləcək həmin hissələrə düşməsi riski var.
Qeyd edilir ki, problemlər hibrid və 3,3 litrlik benzin mühərrikləri olan 2020-2022-ci illərin "Explorer" yolsuzluq avtomobillərinə təsir edir.

Xəbər xətti