Yamalın atası bıçaqlanandan sonra səhhətindən danışıb

10:37 - 16 Avqust 2024 - MARAQLI

"Barselona"nın ispaniyalı futbolçusu 17 yaşlı Lamin Yamalın atası Mounir Nasraoui hücumdan sonra özünü daha yaxşı hiss etdiyini bildirib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Marca nəşri yazıb.

“Daha sakit olmalıyam, çünki başqa seçimim yoxdur. İnanıram ki, ədalət öz işini görəcək. Bu, ən vacib şeydir. Mən nə vaxt buraxılacağam? bilmirəm. İnşallah, mümkün qədər tez, sonra yenidən danışmaqdan məmnun olaram” - o, deyib.

Qeyd edək ki, Mounir Mataro şəhərindəki avtomobil dayanacağında qonşuları ilə mübahisə edib. Şifahi münaqişə fiziki xarakter alıb və idmançının atası bir neçə dəfə bıçaqlandı. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Xəbər xətti