Rusiyada koronaya yoluxanların sayı artıb

12:23 - 30 İyul 2024 - Xəbər

Rusiyada son bir həftədə Covid-ə yoluxma halları 14%, xəstəxanaya yerləşdirilənlərin sayı 13,5% artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

Rusiya Federasiyasının 35 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, ölkənin 49 regionunda isə xəstələnmə hallarının artması baş verib.

Qərargahın məlumatına görə, həftə ərzində Covid-ə yoluxan 7244 nəfər sağalıb ki, bu da əvvəlki həftədən 27,8% çoxdur, 23 nəfər ölüb.///tass

Xəbər xətti