Sabah güclü maqnit qasırğası olacaq

00:29 - 30 İyul 2024 - Cəmiyyət

Sabah Yer kürəsini güclü maqnit qasırğası vuracaq

Ucnoqta.az xəbər verir ki, qasırğa çərşənbə axşamı günorta saatlarında pik həddinə çatacaq və sabah saat 15:00-a qədər davam edəcək.
Metohəssas insanlar sağlamlıqlarına diqqətli olmalıdırlar. Həkimlər xəbərdarlıq edir ki, bu zaman fiziki aktivliyi azaltmaq və uzun müddət açıq havada qalmamaq daha yaxşıdır.
Bu günlərdə ürək-damar xəstəlikləri olan insanlar üçün məişət cihazlarından - kompüterlərdən, mikrodalğalı sobalardan, televizorlardan, mobil telefonlardan həddindən artıq əlavə elektromaqnit təsirindən qaçmaq daha yaxşıdır.

Xəbər xətti