Gələn ay Norveç şahzadəsi Marta Luizanın toyu üçün hazırlanmış spirtli içki səbəbindən ölkənin Səhiyyə və Sosial İşlər Departamentinin radarına düşüb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kral titulunu ticari kontekstdə istifadə etməsinə icazə verilməyən Norveç şahzadəsi Marta Luizanın gələn ay keçiriləcək toyu üçün ona "Şahzadə" deyərək hazırlanan spirtli içkinin satışa çıxarılması araşdırmaya səbəb olub.
Oslo Handverksdestilleri (OHD) şirkəti ilə birlikdə satışa çıxardığı moruq, qaragilə və qara qarağatdan ibarət cin etiketində "Biz bu cinni 2024-cü ilin avqustunda Geirangerdə Şahzadə Marta Luiza və Durek Verretin toyu üçün yaratdıq" ifadəsi yazılıb. Bu isə Sosial İşlər Nazirliyi yanında Səhiyyə və Sosial Məsələlər Departamentinin radarına düşməsinə səbəb olub.
Qurum məhsulla bağlı araşdırma başlayıb.
Cütlüyün toyu avqustun 29-da YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Geiranger fiyordunda keçiriləcək.