Göz tənbəlliyi müalicə olunmazsa, qalıcı ola bilər –  XƏBƏRDARLIQ

07:11 - 25 İyul 2024 - DİGƏR

Görmə, beynin körpəlikdən öyrəndiyi bir bacarıqdır. Körpə yeni doğulanda siluetləri ayırd edərkən, təxminən 6 aylıq olanda rəngli və üçölçülü görməyi öyrənir. Bir gözün digərindən daha yüksək refraktiv qüsuru varsa, səhv düzülmə və ya katarakt kimi görməni maneə törədən bir pozğunluq varsa, bu göz bulanıq görməyi öyrənir.
Əgər körpəlik və erkən uşaqlıq dövründə müalicə olunmasa, bu vəziyyət qalıcı olacaq.

Ucnoqta.az xəbər verir ki, prof. dr. Aysel Pelit erkən diaqnoz qoyulan ambliopiyanın müalicəsinin kifayət qədər sadə olduğunu vurğulayır.

 “Müəyyən vaxtlarda sağlam gözün bağlanması və tənbəl gözün işlədilməsi ən çox istifadə edilən müalicə üsuludur. Bağlama müalicəsinin təsirini artırmaq üçün yaxından oxumaq, rəngləmək və ya kompüter oyunları oynamaq lazımdır. Sağlam gözə görmə bulanıqlığı damcılarının yeridilməsi daha az istifadə edilən üsuldur.

Ambliopiyanın müalicəsində cərrahiyyənin yeri yoxdur. Ortoptik müalicə adlanan ambliyopiya müalicəsi xüsusi cihazlarla xəstəxanalarda tətbiq edilir. Keçmişdə məşhur olan bu müalicədə göz qapanma müalicəsinə əlavə olaraq göz gimnastikası edilərək amblyopiya müalicə edilir. Hal-hazırda bazarda ambliopiyanın müalicəsi üçün kompüter proqramları mövcuddur. Bu müalicəyə beş yaşdan yuxarı uşaqların müraciət edə biləcəyi müxtəlif oyunlardan ibarət interaktiv proqramlar daxildir.///cnnturk

Xəbər xətti