Müntəzəm spirt istehlakı bioloji yaşı artırır. Bu səbəbdən insan müxtəlif çox təhlükəli xəstəliklərə qarşı həssas olur.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, spirtli içkilər orqanizmi yaşlandırır. Bioloji yaş orqanizmin müəyyən xəstəliklərə qarşı həssaslığına əsasən müəyyən edilir.
Məlum olub ki, alkoqolun telomer uzunluğunu qısaltmaq ehtimalı yüksəkdir ki, bu da öz növbəsində Alzheimer, bəzi xərçəng növləri və ürək xəstəlikləri kimi xəstəliklərə qarşı həssaslığın göstəricisidir.
İstehlak olunan spirtin miqdarından asılı olaraq bioloji yaş 1-2, hətta 3 il arta bilər. Hətta gündə bir stəkan şərab və ya bir müddət onun ekvivalenti sizin yaşınıza 54 gün əlavə edir. Spirt nə qədər güclü olarsa, yaşlanma sürəti bir o qədər tez olur. Teorik olaraq, bu proses geri çevrilə bilər, lakin elm hələ buna necə nail olacağını bilmir.
Həkimlər pəhrizlərin spirtli içki qəbulu ilə uyğun gəlmədiyini təkid edirlər.