"Windows 11"də daha çox reklam: Necə söndürmək olar ...

06:32 - 18 İyul 2024 - DİGƏR

Cihazlarını Windows 11-in 23H2 və 22H2 versiyalarına yeniləyən istifadəçilər reklamın həcminin artmasından şikayətlənirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gizmocina yazıb. Reklam inteqrasiyalarını Başlat menyusunda və Parametrlər bölməsində tapmaq olar.

Bundan əlavə, Microsoft yeniləmədən sonra abunə kartının göründüyü Parametrlər bölməsində Game Pass abunə xidmətini tanıtmağa başlayıb. Qeyd olunur ki, bu banner "yalnız oyunçular üçün nümayiş etdiriləcək". Tərtibatçının kimin "oyunçu" olduğunu və kimin olmadığını necə müəyyənləşdirdiyi aydın deyil.

Windows 11-də reklamları necə söndürmək olar
Parametrləri açın.
"Fərdiləşdirmə" > "Başlat" bölməsinə keçin.
"Tövsiyələr, tətbiq tanıtımları və daha çoxu üçün tövsiyələri göstər" seçimini söndürün.
Alternativ bir həll var - sadəcə olaraq hər hansı bir Windows yeniləməsini quraşdırmaqdan qaça bilərsiniz, xüsusən də onlar çox vaxt "səhv" olurlar.
Bu yenilik bəzi hallarda faydalı ola bilər, çünki Microsoft Mağazasından yalnız Microsoftun tövsiyə etdiyi proqramlar banner vasitəsilə təbliğ olunur. Ancaq lazımsız tətbiqlərin tez-tez reklamı, heç olmasa kompüterində reklam əlavələrinə ara vermək istəyən istifadəçilərin əksəriyyətini sevindirə bilməz.

Xəbər xətti