Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan USAID-in Ermənistanda həyata keçirdiyi və demokratik təsisatların inkişafına yönəlmiş proqramları yüksək qiymətləndirib.
Samanta Pauer qeyd edib ki, ABŞ administrasiyası Ermənistanla sıx əməkdaşlığa böyük əhəmiyyət verir və Ermənistan hökumətinin demokratiyanın möhkəmləndirilməsi, inkişafı, Ermənistanın davamlılığının artırılması naminə proqramlarını ardıcıl dəstəkləməyə hazırdır.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlərə də toxunublar.