Xərcəngə yoluxanların sayı 35 milyona çatacaq - ÜST-dən XƏBƏRDARLIQ

13:54 - 2 Fevral 2024 - Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xərçəng xəstəliyinin 2022-ci ildə 20 milyondan 2050-ci ilə qədər 35 milyona yüksələcəyini proqnozlaşdırır.

Ucnoqta.az xəbər verir ki, təşkilat Xərçəng üzrə Beynəlxalq Tədqiqatlar Agentliyi (IARC) ilə birlikdə bu məlumatları Ümumdünya Xərçənglə Mübarizə Günündə öz saytında dərc edib.

"2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsi proqnozlaşdırılır ki, bu da 2022-ci ildə bildirilən 20 milyon hadisədən 77 faiz çoxdur", - nəşr bildirib.

Təşkilat xərçəng xəstəliyinin artmasında əsas amillərin tütün, alkoqol, piylənmə və havanın çirklənməsi olduğunu qeyd edib. Bu sürətli artım əhalinin yaşlanmasını və artımını, eləcə də insanların risk faktorlarına məruz qalmasında dəyişiklikləri əks etdirir.

Xəbər xətti