Türk Dünyası Mediatorlar Birliyinin sədri Bakı Türk Şəhidliyini ziyarət edib - FOTO

12:59 - 2 Fevral 2024 - Cəmiyyət

Türk Dünyası Mediatorlar Birliyinin sədri və İdarə Heyətinin üzvləri Bakı Türk Şəhidliyini ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri, Türkiyə Cümhuriyyəti Ədliyyə Nazirliyinin Arabuluculuk Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov 1 fevral 2024-cü il tarixində Bakı Türk Şəhidliyini ziyarət edib.

Türk şəhidliyini ziyarətdə öllkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin üzvləri Əli Nəbiyev və Sima Yaqubova iştirak edib.

Ziyarət zamanı türk şəhidlərinin xatirəsi anılıb, onların məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Xəbər xətti