İki rayonun qaz təchizatı dayandırılıb

14:52 - 1 Fevral 2024 - Xəbər

SOCAR-ın“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.

Məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Xəbər xətti