"Bələdiyyə sədrlərini xalq seçməlidir" - Siyavuş Novruzov

12:04 - 1 Fevral 2024 - Cəmiyyət

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib.

“Report”un məlumatına görə, Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında danışan komitə sədri bildirib ki, sədrləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar.

Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.

Xəbər xətti