Teleqram kanalının administratoru və “Azərbaycan mafiyası”nın lideri Tural Məmmədov Dağıstandan Sankt-Peterburqa aparılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan mafiyasının” lideri Azərbaycanda istintaq orqanlarından gizlənirdi. O, beynəlxalq axtarışa verilib. Tural uçduqdan dərhal sonra saxlanılıb.
Tezliklə ona ittiham elan olunacaq.
Oktyabrın 15-də internetdə gənclərin yoldan keçənlərlə rəngarəng “razborkalar” təşkil etdiyini əks etdirən videonun diqqət çəkdiyi kanalda “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Şöhrət və populyarlıq həvəskarı olan gənc internetdə çoxsaylı qəddar görüntülər yayıb. Tural küçələrdə baş verən əlbəyaxa davaları və qəza ilə bitən yüksək sürətli avtomobil yarışlarını abunəçiləri ilə bölüşüb.
Hazırda bu iş üzrə 15 gənc məsuliyyətə cəlb edilib. Onların əksəriyyəti Azərbaycan və Tacikistandan olanlardır.