Ermənistanda ehtiyatda olan hərbçilərin hazırlığı keçiriləcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti 2024-cü il yanvarın 23-dən aprelin 12-dək birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan sıravi əsgərlər, zabitlər və gizirlər üçün təlim düşərgələri keçirməyi qərara alıb.
Təlim-məşq toplanışına ümumilikdə 2838 vətəndaşın çağırılması planlaşdırılır ki, onlardan 161 nəfəri ümumən, raket və artilleriya ixtisası üzrə zabitlərdir.
Ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları 25 təqvim günündən çox olmayaraq davam edir.