Sulutəpədə qanunsuz tikili söküldü - VİDEO

12:17 - 20 Dekabr 2023 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikililəri söküb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Xəbər xətti