Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

10:25 - 19 Dekabr 2023 - Cəmiyyət

Azərbaycanda alim ölüb.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, Azərbaycan milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) dünyasını dəyişib. Onun 84 yaşı olub. 

Qeyd edək ki, R.Quliyev 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Alimin 82 elmi əsərindən 35-i xaricdə çap olunub. 

Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biri idi.///oxu.az


Xəbər xətti