İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlərdə daha iki əsgərin öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Qəzza zolağının cənubunda döyüş zamanı həlak olan Givati kəşfiyyat bölməsinin taqım komandiri 22 yaşlı kapitan Yarin Qahali və xüsusi təyinatlı qrup komandiri, ehtiyatda olan 33 yaşlı kapitan Netanel Silberq olub.
İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 129-a çatıb. Məlumata görə, eskalasiya başlayandan bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı 461 olub.