Medvedevin oğlu Aİ-nin sanksiyalar siyahısına salınmasına reaksiya verib

00:21 - 19 Dekabr 2023 - Xəbər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya onun Avropa İttifaqının sanksiyalar siyahısına salınmasına münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Beləliklə, biz hər şeyi düzgün edirik" - deyə o, bildirib.

Dekabrın 18-də Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 61 nəfər və 86 hüquqi şəxs daxil edib.

Xəbər xətti