Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edildi - FOTO

18:34 - 18 Dekabr 2023 - Cəmiyyət

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.


Xəbər xətti