Son altı ildə ən güclü partlayış Günəşdə qeydə alınıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, cümə axşamı saat 20 radələrində qeyd edilib.
Məlumata görə, Günəşdə X2,8 intensivliyi ilə güclü alov qeydə alınıb. Bu, ilin əvvəlindən bəri ən güclü günəş partlayışıdır. İlk dəfə oxşar intensivlikli partlayışlar 2017-ci ildə qeydə alınıb.
Həmçinin xəbərdarlıq edilir ki, Günəşdə bu cür aktiv hadisələr tez-tez maqnit qasırğalarından xəbər verir və ən yaxını şənbə günü gözlənilir.