Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi təlimlər keçirir
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib.
O qeyd edib ki, hərbi təlimlərdə Türkiyə, Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin axtarış-xilasetmə bölmələri iştirak edir. Aktürk əlavə edib ki, təlimin məqsədi bölmələrin dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətlərini gücləndirməkdir.