Bu günədək İTS çərçivəsində 23 transplantasiya əməliyyatı icra olunub
Ucnoqta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev onu da əlavə edib ki, Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlər genişləndirilir:
"Biz icbari tibbi sğortanın tətbiqinə 1 829 tibbi xidmətlə başlamışdıq. Hazırda xidmətlər zərfində 3 315-ə yaxın tibbi xidmət mövcuddur. 2023-cü ildə Xidmətlər Zərfindəki xidmət sayı 81% artıb.
Yeni əlavə edilən xidmətlərin sırasında transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub”.