Yerli rəngli televiziyanın yaradıcılarından biri Abram Şenderoviç 96 yaşında Moskvada vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Şenderoviçlər ailəsinin dostu Konstantin Andreev məlumat verib.
O, bu gecə 96 yaşında ölüb.
Şenderoviç 1927-ci ildə Belarusun Slutsk şəhərində anadan olub. 1950-ci ildə Leninqrad Elektrotexnika İnstitutunu radiolokasiya ixtisası üzrə bitirmişdir. O, həmçinin Daşkənddə Elektrotexnika İnstitutunda təhsil alıb.