Ermənistan əvvəllər mövcud olan dəmir yollarını işə salmaqla Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etməyə hazır olduğunu bildirir
Ucnoqta.az xəbər verir ki, bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Birinci marşrut Azərbaycanın Qazax bölgəsini Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutudur. İkincisi, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən cənub marşrutudur”, - deyə Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qərb rayonları Naxçıvan Muxtar Respublikası və xarici dünya ilə, o cümlədən şimal marşrutu ilə birləşdirilə bilər.
O qeyd edib ki, Ermənistan bu cür hazırlığı kifayət qədər rəsmi şəkildə səsləndirib.
Baş nazir magistral yollara da toxunub.
"Bu, bizim region üçün yeni imkanlar açacaq", - Paşinyan vurğulayıb.