Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verib

17:41 - 13 Dekabr 2023 - Xəbər

Müsavat başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.

APA-nın xəbərinə görə, Yadigar Sadıqlı bu barədə “Facebook”-da paylaşım edib.

O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.

Xəbər xətti