Ehtiyatda olan general-mayor, Beyləqan korpusunun sabiq komandiri Mahmud Həmzəyev vəfat edib.
Ucnoqta.az.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb.
Ü.Cəfərov general Həmzəyevin bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacağını bildirib.
Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb.
1971-1973-cü illərdə SSRİ-nin ordu sıralarına xidmət edib.
1973-1975-ci illərdə Neft Daşlarında mühəndis vəzifəsində çalışıb.
1975-ci ilin sonunda öz istəyi ilə ikinci dəfə ordu sıralarına qayıdıb.
1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.
1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb.
1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib.
1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib.
1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb.
SSRİ dağıldıqdan sonra 1992-ci ildə təqaüdə çıxmışdır.
1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlamışdır. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq etmişdir.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür.
24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunmuşdur.
Ailəlidir. Bir oğlu, bir qızı, dörd nəvəsi var.
Oğlu Pərviz Həmzəyev polis polkovnik-leytenantıdır.